Medianews.az
Bir ailə dəm qazından məhv oldu -<span style=color:red> Ata, ana, 2 övlad...
173 baxış

Bir ailə dəm qazından məhv oldu - Ata, ana, 2 övlad...

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib. Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Bizə qoşulun