13.04.2025, 07:28
206 baxış
Nailə
Ronaldo daha bir şah əsərə İMZA ATDI - VİDEO
Aprelin 13-nə keçən gecə məşhur portuqaliyalı Kriştian Ronaldo karyerasında 932-ci və 933-cü qollarını vurub.
Publika.az xəbər verir ki, “Əl-Nəsr” klubunun hücumçusu “Ər-Riyad”la qarşılaşmada dubl edib və vurduğu qollardan biri öz gözəlliyi ilə azarkeşləri heyran edib.
40 yaşlı forvard planetin ən yaxşı futbolçularından biri olduğunu bir daha sübut edib. Ronaldo iki qol vuraraq bu görüşün nəticəsini həll edib və Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Əl-Nəsr"ə güclü iradəli qələbə qazandırıb.