Medianews.az
Südlü qəhvənin xoşagəlməz <span style=color:red> XÜSUSİYYƏTİ
140 baxış

Südlü qəhvənin xoşagəlməz XÜSUSİYYƏTİ

“Südlü qəhvə ağız qoxusuna səbəb ola bilər”. Medianews.az xəbər verir ki, bunu diş həkimi Nayri Uitli deyib. O bildirib ki, qəhvəyə süd əlavə etmək dişlər üçün yaxşı vərdiş deyil. Onun sözlərinə görə, bir fincandakı belə birləşmə ağızın selikli qişasını qurudur, buna görə orada xoşagəlməz qoxu olan kükürdlü maddələr əmələ gəlməyə başlayır. Həkim xəbərdarlıq edib ki, içki, süd əlavə edilməsə belə, çox miqdarda içildikdə diş sağlamlığına ciddi zərər verə bilər. Qəhvə minasını məhv edən və lövhənin əmələ gəlməsini artıran çoxlu turşu ehtiva edir. Bu, dişlərinizi çürüməyə daha həssas edir, xüsusən də qəhvəyə şəkər və ya şərbət əlavə etsəniz. Zərərli təsirləri azaltmaq üçün diş həkimi qatqısız qəhvə içməyi məsləhət görüb. O, həmçinin insanları gündə 400 mililitrdən çox olmayan içki qəbul etməyə çağırıb. Medianews.az

Bizə qoşulun