Medianews.az
İki Ceniferdən boşanmış Hollivud ulduzu yenidən bir Ceniferlə <span style=color:red>evlənmək istəyir
141 baxış

İki Ceniferdən boşanmış Hollivud ulduzu yenidən bir Ceniferlə evlənmək istəyir

Müğənni, kinoaktrisa Cenifer Lopez bir müddət əvvəl boşandığı ərinin, Hollivud ulduzu Ben Afflekin keçmiş həyat yoldaşı ilə yenidən birləşməsi haqda xəbərlərə reaksiya verib. Medianews.az xatırladır ki, Ben Afflek keçmiş həyat yoldaşı, Hollivudun tanınmış kinoaktrisası Cenifer Qarnerlə növbəti dəfə qovuşması haqda verilən sualdan yayınıb, bu da məlumatların doğru olduğuna inamı gücləndirib. Lopez də həmin cavabın zamanının yetişmədiyini vurğulayıb. Üstəlik, bəlli olub ki, Lopez aktyordan boşandığı zamanlarda, çox çətin dövrlər keçirdiyi ərəfədə məhz Qarnerlə ünsiyyət qurub. Lopezin bir etirafına görə, ən çətin vaxtlarda Qarner ona dəstək olub. "Daily Mail" nəşri Hollivudun insayderinə istinadla Cenifer Lopezin bu barədə nə düşündüyünü yazıb. Mənbənin iddiasına görə, Cenifer Lopez əslində əri Afflekin şıltaqlığının və islaholunmaz xarakterinin qurbanı olub. Ulduzların savaşından, eyni zamanda artıq boşanmış cütlüyün keçmiş münasibətlərindən danışan insayder deyib: "Cenifer Lopez bir həyat yoldaşı kimi Beni mübarizələrində dəstəkləmək üçün çox vaxt sərf edib. Elə məhz buna görə də bu evlilikləri dağılanda Lopez çətin bir il keçirdi. Benin daha çox keçmiş arvadı Qarnerlə vaxt keçirməsi, Lopezlə evli olandan sonra belə keçmiş cütlüyün çox isti və dost münasibətləri get-gedə evli bir qadın kimi Lopezin narahatlığını artırırdı". Daha sonra o, əlavə edib: "Lopez onunla evlilikdə olduğu dövrdə Ben Afflekin keçmiş həyat yoldaşı ilə münasibətinə qısqanc yanaşıb. İndi yenidən onların birgə fotoları yayılır, bu isə odun üstünə benzin tökmək deməkdir". Maraqlıdır ki, onların birlikdə keçirdikləri vaxt təkcə Lopezi deyil, həm də Qarneri qəzəbləndirir, çünki hər ikisi Ben Afflekin onlara qarşı haqsızlıq etdiyini düşünür. Üstəlik, Lopez indiyədək nə baş verdiyini və hansı səbəbdən Benin yeganə, həm də sevimli qadın adlandırdığı onu beləcə tək buraxdığını, Qarnerdən tam ayrılmaq istəmədiyini başa düşmür. Yayılan xəbərlərə ləngimədən münasibət bildirən Cenifer Qarnerin nümayəndəsi bildirib ki, Ben Afflek həqiqətən də cəhd edir və onunla yenidən birləşmək istəyir, lakin aktrisanın belə bir istəyi yoxdur. Hollivudun kino insayderinin söylədiyinə görə, Cenifer Lopez Ben Affleklə böyük qalmaqallarla bitən boşanma davasından sonra hələ də özünə gələ bilməyib. İnsayderin fikrincə, Cenifer Lopez güman ki, tezliklə Afflek və Qarner arasında münasibətlər barədə açıqlama verəcək. Medianews.az

Bizə qoşulun