29.01.2025, 16:31
465 baxış
Nailə
Dubaydan Moskvaya uçan təyyarə Xəzərin üzərində qəza siqnalı verdi
Dubaydan Moskvaya uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
“Qafqazinfo” xəbər verir ki, “Flightradar” xidmətinin məlumatlarına əsasən TASS məlumat yayıb.
Belə ki, “Boeing-737” sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət (ümumi həyəcan) transponder kodunu təyin edib.
“Təyyarə Həştərxanda təhlükəsiz eniş edib”, - aviasiya xidmətləri bildirib.
Paylaş: