18.01.2025, 17:11
451 baxış
Lamiyə
İmişlidə qəzadan sonra xuliqanlıq edənlər saxlanıldı
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.