"Cənab Bayden mənə bu məsələni (F-16) həll etməyə söz verib. Mən bilirəm ki, Bayden buna müsbət baxır. Bizim hətta respublikaçılarla görüşümüz olub və onlar da bu mövzuya müsbət baxdıqlarını bildiriblər. İndi, əgər biz ABŞ-dan F-16 məsələsi ilə bağlı mübət nəticə əldə edə bilməsək, nə edəcəyik? Biz öz qeydimizə özümüz qalacağıq" - deyə ölkə başçısı qeyd edib.
Yeni Şəfəq qəzeti bildirir ki, Ərdoğan digər məsələlərlə bağlı ABŞ-la problemin olmadığını söyləyib.
20.09.2022, 06:25
293 baxış
Gurban Alakbar
Ərdoğan: Türkiyə öz qeydinə özü qalacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib ki, ölkə ABŞ-dan F-16 qırıcılarını ala bilməsə də, öz qeydinə qala biləcək.