Bazar ertəsi, 20 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Azərbaycanı Rusiya-Qərb qarşıdurmasına çəkə bilməyəcəklər” – Sabiq nazir

Xanlar Əlibəy
26/08/2022 12:57
100
BAXIŞ
FacebookTwitterTelegram

ABŞ haradadırsa, orada xaos var. Birləşmiş Ştatlar hansı münaqişəyə müdaxilə edibsə, orada daha çox problem ortaya çıxıb. Getdiyi yerdə qan çıxardan ölkə dünyanı qarışdırmağa davam edir. Bəlkə də, bu dövlət münaqişələrdən uzaq dursa, orada sülh olacaq. Amma hegemonluq istəyi ABŞ-nin amalıdır. Ona görə də dünyada baş verən proseslərə biganə qala bilmir.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki vəziyyətlə bağlı qərəzli fikirlər səsləndirib. ABŞ rəsmisi bəyanatında Minsk qrupunun adını çəkərək ölmüş qurumu yenidən dirçəltməyə cəhd edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı öz etirazını bildirib.

28 illik faəliyyəti boyunca heç bir iş görməyən qrupun dirçəldilməsindəki hədəflərin nələr olduğu maraq doğurur. Məsələ ilə bağlı Medianews.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bununla münaqişəni yenidən alovlandırmaq istəyirlər:

“ABŞ-nin bəyanatının məqsədi kifayət qədər aydındır. Qərbin hədəfi münaqişəni yenidən alovlandırmaqdır. Buna da səbəb ABŞ münaqişədə mövqelərini qoruyaraq vəziyyəti idarə etmək istəyir. Məhz ona görə ermənilərə dəstək olaraq qurumu yenidən gündəmə gətirməyi planlaşdırırlar. Bu bəyanat göstərir ki, ABŞ Rusiya-Qərb qarşıdurmasını regionumuza gətirərək Azərbaycanı da mübarizəyə cəlb etməyə çalışır. Lakin Xarici İşlər Nazirliyindən verilən cavab göstərir ki, Azərbaycan Rusiya-Qərb qarşıdurmasından uzaq duracaq və Minsk qrupunun yenidən dirildilməsinin qarşısını alacaq. XİN açıq-aşkar bildirib ki, Qarabağ birmənalı olaraq Azərbaycanın daxili məsələsidir. Biz münaqişənin yenidən ortalığa atılmasını və alovlandırılmasını istəmirik. Azərbaycanın razılığı olmadan ərazimizlə bağlı heç bir qurum fəaliyyət göstərə bilməz”.

Politoloq Minsk qrupunun yenidən dirçəlməsinin zərərli tərəflərini də qeyd edib:

“Müharibədən bir neçə il öncə biz anladıq ki, Minsk qrupunun amalı məsələni həll etməkdən uzaqdır. Onlar sadəcə vaxt uzatmaqla məşğuldurlar. Bu qurum yalnızca Ermənistana sərf edib. Vaxtilə Minsk qrupunun yaranmasında əsas rol Azərbaycana məxsus olub. Dövlətimiz o zamanlar inanırdı ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) təcavüz və aqressiyanın qarşısını ala bilər. Amma biz Qarabağ məsələsində gördük ki, yanılmışıq. Fransa kimi ermənipərəst dövlətin olduğu qurum bizə lazım deyil, onları vasitəçi kimi qəbul etmirik”.

Tofiq Zülfüqarov müharibədən sonrakı prosesləri də diqqətə çatdırıb:

“Müharibədən sonra Azərbaycan fərqinə vardı ki, qərbin heç bir faydası yoxdur. Qərbin faydasız olduğunu Minsk qrupu sübut edib. Bu səbəbdən ölkəmiz Rusiya-Türkiyə tandeminin (izahı: cütlük) daha çox imkanlara malik olduğunu anlayıb və əsas partnyorlar kimi bu tandemi seçib. Bu, uğurlu addımdır. Qərbin Azərbaycan-Rusiya-Türkiyə münasibətlərinə zərər vurmaq üçün Minsk qrupu məsələsini gündəmə gətirməsi heç bir fayda verməyəcək. Çünki qurumun yenidən dirçəlməsi mümkün olan məsələ deyil. Bunun üçün hüquqi əsaslar artıq sonlanıb”.

Xanlar Əlibəy
Medianews.az

Tags: ABŞATƏTAzərbaycanErmənistanMinskRusiyasiyasətTofiq Zülfüqarov

DAHA ÇOX OXU

Cəmiyyət

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50
Cəmiyyət

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30
Cəmiyyət

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11
1-MANŞET

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51
1-MANŞET

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39
1-MANŞET

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59
SON XƏBƏR

Yanğından insanlara dəymiş ziyan ödənəcək - Rəsmi

Laçın şəhərində ilk dövlət qurumu fəaliyyətə başladı - FOTO

''Laçının qayıtması Türkiyə üçün də mühüm hadisədir''- sabiq türk generalı Yücel Karauz

Xəbər lenti

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59

Sabiq icra başçısının qardaşı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

20/03/2023 13:17

AzTV VƏ DİL KOMİSSİYASI KOBUD SƏHV BURAXDI – FAKT

20/03/2023 12:23

Azərbaycanda DƏHŞƏT – Qadın anasını BELƏ ÖLDÜRDÜ

20/03/2023 11:41

Bu bürcün sahibləri ƏN AĞILLI İMİŞ

20/03/2023 10:54

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

20/03/2023 10:03

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

20/03/2023 09:28

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

20/03/2023 09:24

Seçkilər ləğv edildi, keçmiş deputatlar parlamentə qayıtdılar – ŞOK QƏRAR

20/03/2023 09:20

Putinin bu hərəkəti TƏNQİD OLUNDU – Ona “OĞRU” DEDİLƏR

20/03/2023 09:08

Azərbaycanda tələbə dekan müavini təyin olundu

20/03/2023 08:45

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38

ABŞ dronunu vuran Rusiya qırıcısı “Bayraktar”la bacarmadı – VİDEO

20/03/2023 06:46

Bu ölkədə gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

20/03/2023 06:22

Polşanın Fransadakı səfiri: Ukrayna məğlub olarsa…

20/03/2023 06:00

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

20/03/2023 05:33

Azərbaycanda Novruz bayramı qeyd edilir

20/03/2023 01:32

Günel Həmidova: “Aparıcılarımızda məsuliyyət çatmır” – MÜSAHİBƏ + FOTO

19/03/2023 22:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.