ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqindəki bazalarına axşam hücumunun arxasında İranın dəstəklədiyi qrupların dayandığını və buna uyğun olaraq ABŞ-ın cavab verdiyini bildirib.
CENTCOM-dan verilən yazılı açıqlamada bildirilib ki, bu gün ABŞ-ın Suriyadakı iki bazasına edilən raket hücumlarına cavab verilib və hücumlarda istifadə edilən 3 avtomobil və çox sayda silah məhv edilib.
Araşdırmalar nəticəsində hücumda iştirak edən İranın dəstəklədiyi 2 və ya 3 hərbçinin öldürüldüyü qənaətinə gəlib. Açıqlamada bildirilir ki, ilk hücum dünən yerli vaxtla 19:20-də Suriyada edilib. Bunun ardınca Suriyanın Deyr ez-Zor şəhərində yerləşən Ömər neft sahəsində “Yaşıl kənd” adlı bazaya dəfələrlə raketlər düşüb və oradakı ABŞ əsgərləri yüngül xəsarət alıb.
ABŞ qoşunlarının hücumlara helikopterlərlə cavab verdiyini vurğulayaraq, “ABŞ İranla münaqişə axtarmır, lakin biz bundan sonra da xalqımızı qorumaq və müdafiə etmək üçün lazımi addımları atacağıq”, – deyə bəyanatda bildirilir.
CENTCOM komandiri general Erik Kurilla deyib: “Biz bu məsələni yaxından izləyirik. Regionda təhdidləri azaltmaq üçün bütün vasitələrə hazırıq. ABŞ qoşunlarını hücumlardan qorumağa əminik
ABŞ Mərkəzi komandanlığı avqustun 23-də baş verən hücuma cavab olaraq Suriyada İranın dəstəklədiyi qruplaşmalara hava hücumları təşkil edildiyini elan edib.
Medianews.az