ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə aid olduğu iddia edilən telefon məlumatları və fotoşəkilləri internetə sızıb.
Medianews.az xəbər verir ki, sızan məlumatlarda Hunter Baydenin yetkinlik yaşına çatmayan qızlarla çəkdirdiyi fotoşəkilləri yayılıb.
ABŞ-da anonim olan “4chan” internet saytının istifadəçiləri Hunter Baydenin iCloud hesabının parolunu sındırdıqlarını iddia ediblər.
Hunter Baydenin beş ay ərzində fahişələrə 30 min dollar xərclədiyini göstərən sənədlər, mətnlər və şəkillər də sızdırılıb. Bildirilib ki, ABŞ prokurorları Hunter Baydenə qarşı fahişəlik ittihamı ilə iddia qaldıra bilərlər. Yayılan daha bir sənədə görə, ABŞ prezidentinin oğlu əməliyyatları şübhəli fəaliyyətə görə banklar tərəfindən bloklanan ukraynalı qadına çek yazıb. Rəsmilər bunun potensial olaraq federal cinayət sayıla biləcəyini söyləyir.
Hunter Bayden fahişə qadınları tapmaq üçün istifadə etdiyi Moreva adlı proqrama külli miqdarda pul da göndərib. Məlumata görə, Hunterin Moreva proqramı vasitəsi ilə mesajlaşması onu Los-Anceles, Nyu-York, Boston, Mayami, Vaşinqton, Çikaqo, London və Nyu-Yorkdakı müştərilərə gətirib çıxarıb.
Bundan əlavə, Hunter Baydenin ödədiyi müşayiətçilərdən bəzilərinin Ukraynalı olduğu iddia edilsə də, UberGFE-nin də Ukraynanı Rusiya ilə müharibəsində dəstəkləyən və qondarma xeyriyyə təşkilatlarına ianə etmək üçün ziyarətçilərə kriptovalyuta ünvanları təqdim edən veb-saytı var.
Sızdırılan fotoşəkillərdə Hunter Baydenin yetkinlik yaşına çatmayan beş qızla vaxt keçirdiyi də məlum olub.
Məlumatı sızdırılanlar həmçinin Hunter Baydenin ABŞ prezidenti Co Baydeni telefon siyahısında “Pedofil Piter” adı ilə qeyd etdiyini iddia ediblər. ABŞ prezidentinin oğlunun bir çox seksual məzmunlu saytların üzvü olduğu və bu platformalarda “12 yaş” kimi məzmun axtardığı da iddia edilib.
Medianews.az