Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin bildirib ki, ABŞ koronavirus pandemiyasından zərər çəkmiş ölkələrin itkilərini kompensasiya etməlidir, çünki Amerika hakimiyyətinin “Covid-19”un yayılmasında əli ola bilər.
Medianews.az xəbər verir ki, Dövlət Dumasının spikeri teleqram hesabında amerikalı iqtisadçı Cefri Saksın sitatını dərc edib və o, koronavirusun ABŞ-ın bioloji laboratoriyasında yaradıla biləcəyini etiraf edib.
Volodin hesab edir ki, ABŞ koronovirusun milyonlarla xəstə və ölü, qlobal iqtisadi böhran, insanların həyat səviyyəsinin aşağı düşməsi kimi nəticələrinə görə məsuliyyət daşımalıdır.
“Pandemiyadan təsirlənən bütün dövlətlərə ABŞ dəymiş itkiləri kompensasiya etməyə borcludur”,-deyə o, əlavə edib.
Bundan əlavə, Volodinin fikrincə, ABŞ-ın bütün hərbi bioloji inkişafları dayandırılmalı və məxfilik silinməlidir.
Leyla, Medianews.az