ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisi Barbara Leaf Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxış edib.
Medianews.az xəbər verir ki, Leaf prezident Ərdoğanın Suriyada hərbi əməliyyata başlamaq üçün verdiyi son siqnaldan danışıb. Leaf bildirib ki, ABŞ Suriyada yeni əməliyyatın qarşısını almaq üçün Türkiyəyə təzyiq göstərir.
“Türkiyə hökumətindən 2019-cu ilin oktyabrında imzalanan və Suriyanın şimalına qarşı hərbi əməliyyatların aparılmayacağına dair razılaşmaya hörmətlə yanaşmasını gözləyirik.
Biz bu mövzuda onlara təzyiq edirik”,- deyə Leaf bildirib.
“Mümkün hərbi əməliyyat regionda yaşayanlar üçün fəlakət olacaq və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD-ə qarşı apardığı mübarizəyə də zərər verəcək”, – ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, ötən həftələrdə Türkiyə prezidenti Ərdoğan Suriyada hərbi əməliyyat siqnalı vermişdi və Tel Rıfat, Mənbic bölgələrinə qarşı əməliyyat keçiriləcəyi iddia edilmişdi.
Leyla, Medianews.az