Cənubi Koreya və ABŞ Şimali Koreyanın son ballistik raket sınağına cavab olaraq 8 raket buraxıb.
Medianews.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun bəyanatında deyilib.
Bildirilib ki, sınaqlar Cənubi Koreyanın Şimali Koreyadakı hədəflərə zərbə endirmək qabiliyyətini və hazırlığını nümayiş etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbi təlimlərini başa vurduqdan bir gün sonra Şimali Koreya yeni ballistik raket sınağı keçirib. Sözügedən ballistik raket sınağı 2022-ci ilin əvvəlindən bəri 18-ci raket sınağı olub.
Leyla, Medianews.az