Koronavirus pandemiyası ilə bağlı qadağaların tərbiq edildiyi zaman baş nazirin iqamətgahında keçirilən məclislərə görə istefa təzyiqi ilə üzləşən Baş nazir Boris Consona rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi keçiriləcək.
Medianews.az xəbər verir ki, Conson gizli və səs çoxluğu əsasında keçiriləcək səsvermədə uduzacağı təqdirdə istefa verməli olacaq.
Qeyd edək ki, Consonun vəzifədə qalması üçün ən azı 180 səs lazımdır.
Xatırladaq ki, pandemiya qadağaları zamanı Baş Nazirlikdə təşkil edilən bəzi məclislərdə iştirak etdiyinə görə cərimələnən Conson indiyə qədər istefaya çağırışlardan imtina etmişdi.
Onu da əlavə edək ki, Conson səsvermədə məğlub olarsa, Mühafizəkarlar Partiyası ölkənin yeni baş naziri olacaq lideri seçməli olacaq.
Leyla, Medianews.az