“Moskva ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsi mümkün deyil”
Medianews.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya heç vaxt əbədi olaraq ayrılmayacaq, gərgin münasibətlər daimi olmayacaq.
“Biz diplomatik əlaqələri kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında ən azı hər gün bir-birimizin yanında otururuq. BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”,- deyə bildirib.
Sallivan həmçinin Rusiya Federasiyası və ABŞ səfirliklərinin mövcudluğunun zəruriliyini vurğulayıb. Diplomat qeyd edib ki, “səfirliklərin və bank hesablarının açıq qalması üçün zəruri olan bəzi elementar imkanları” saxlamaq lazımdır.
“Bizim Moskva və Vaşinqtonda səfirliklərimiz olmalıdır, təkcə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi deyil”,- deyə Sullivan bildirib.
Leyla, Medianews.az