Çərşənbə, 18 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Səni torpağa tapşırıram…

İlqar Rəsul
2015/12/19 10:43
0
4
BAXIŞ
FacebookTwitterTelegram

ilqar resul yeni razmer
“Bəşər tarixindən, yaranışdan üzü bəri insanlar ədalət axtarırlar, onun uğrunda mübarizə aparırlar. Amma bu mübarizə insanlar ədalətsizliklə rastlaşan zaman aparılır”.

Bunu bir neçə il əvvəl vəkil Elton Quliyev mənimlə söhbətində demişdi. O Elton Quliyev ki, bu gün torpağa tapşırdıq. Əslində belə adamları ya xoş niyyətlə Allaha, ya da sadəcə torpağa tapşırmaq olar. Başqa heç kimə və heç nəyə. Mən onu heç vaxt Allaha tapşırmamışdım. Nə vaxtsa torpağa tapşıracağımı da heç ağlıma gətirməzdim. Amma başıma gəldi…

Yağışlı bir dekabr günündə ölüm xəbəri gəldi və biz onunla vidalaşmağa getdik. Əvvəl tabutun, sonra da indicə üstü torpaqlanıb güllərə qərq edilmiş məzarın içindəkinin Elton Quliyev olduğunu heç cür dərk edə bilmirdim. Dünyaya sığmayan bir adamın tabuta və məzara sığışması ağlıma batmırdı. Amma mənim ağlımla reallıq arasındakı mübarizənin qalibi reallıq idi. Gözümün qarşısında dualar oxunub məzara qoyulan Elton Quliyev idi. Bunu dəfn mərasimini foto və video kameraların yaddaşına köçürən jurnalistlərin gözlərindən də anlamaq olurdu. Onlar ağlayırdılar…

Elton Quliyev həqiqətən də yoxluğuna çoxlarını ağladacaq bir insan idi. Heç bir çərçivəyə sığmayan, heç kimi və heç nəyi eyninə almayan, öz işini son həddinə qədər bilən bir insan idi Elton Quliyev. Onu ayrıca olaraq bir vəkil və ya yaxşı bir dost, yaxud təmiz bir insan kimi xarakterizə etmək düzgün deyil. Elton Quliyev bütün parametrlər üzrə çox azad və çox nəhəng bir insan idi. Rusiya incəsənətinin nəhəngləri olan Vladimir Vısotskini, Vasili Şukşini xatırlayırdım onu görəndə. Elton Quliyev də onlar kimi görkəm etibarı ilə çox sadə, heç kimdən fərqlənməyən, amma özündə, varlığında qeyri-adi istedada malik nəhəng bir insanı daşıyan, yaşadan şəxsiyyət idi.

Onun fikrincə, ədalət – düzgünlük demək idi: “Ədalət düzgünlükdü. Çoxları ədalət haqqında müxtəlif fikirlər söyləyib. Amma hamısının dedikləri son nəticədə ədalətlə həqiqəti eyniləşdirməklə qurtarır. Hər bir halda həqiqət, insaf, haqq. Məncə, bunların məcmusu ədalət deməkdir. Şübhəsiz ki, bu, subyektiv qiymətləndirmədi. Biri üçün ədalətli olan, digəri üçün ədalətsiz ola bilər. Amma əgər ədalət həqiqətə, haqqa, insafa söykənirsə və nəhayət, bu haqq, insaf, həqiqət qanuna söykənirsə, bu bizim istədiyimiz ədalət olur. Ədalət məhz qanuna söykənərək zəfər çalır, yaxud qiymətləndirilir”.

O, arzuları ilə də başqalarından xeyli fərqlənirdi. Arzusu bir saat qayğısız olmaq idi. Yalnız bir dəfə belə olub dediyinə görə. Universitetin hüquq fakültəsinə qəbul olunduğunu öyrənib evlərinə dönəndə yol boyu bir saat tam qayğısız olub. Çox istəyirdi ki, bir dəfə də eləcə qayğısız olsun bir saat. Amma heç vaxt olmadı deyəsən…

Onu bircə dəfə gözləri doluxsunan gördüm. Amma təəccüblənmədim. Çünki yaralı yerinə toxunmuşdum. Dostu İsaxan Aşurovun (Azərbaycanın ən sayılıb-seçilən vəkillərindən biri idi) vəfatını xatırlatdım ona. Ondan danışarkən gözləri yaşardı. Yeri gəlmişkən, Elton Quliyevin vəfatını dostunun ardınca o dünyaya gediş kimi də dəyərləndirmək olar. Dostluğa çox sadiq adam idi.

Bu dünyada həm də özünü çoxdan tapanlardan idi Elton Quliyev. Amma yenə də axtarırdı. Deyirdi ki:

“Allahın insanı yaratmasındakı hikmət, elə onu özü ilə tək buraxıb özünü axtarmağa vadar eləməsindən ibarətdir. Allah insanı özünü axtarmaqdan ötrü yaradır. İnsan özünü axtarmalıdır və yəqin hikmət də, sonda veriləcək imtahanın nəticəsi də ondan ibarətdir ki, insan özünü axtararkən öz cığırı, öz yolu ilə getsin. Bu qədər qarışıqlıqda insanın özünün özünü axtarması və bu axtarışın da xoş nəticələnməsinə nail olması, mənə elə gəlir ki, çox böyük rahatlığa səbəb ola bilər və olmalıdır da”.

Elton Quliyevin fikrincə, insan özünü dəfələrlə axtarır, itirir, sonra yenə axtarır və bu proses onun ömrü boyu davam edir.

“İnsan öz şüurunda, öz düşüncəsində özü üçün müəyyən bir trafaret çəkir və özünü o trafaretə yaxınlaşdırmaq istəyir. Çox hallarda bu həlledici stimul olur. Və insan əgər 20 yaşında özünü 15 yaşında təsəvvür etdiyi bir trafaretə yerləşdirə bilirsə, onun axtarışı nailiyyətlə nəticələnir. Amma o, 20 yaşa çatanda özü üçün 30 yaşlı bir portret də çəkir ki, zamanla ona uyğunlaşdırsın özünü. Məncə insan özünü daim axtarır və elə həyatın mənası da yəqin ki, budur “.

O, bu dünyanı, bu mühiti özü üçün o qədər kiçiltmişdi ki, ətrafında dözülməz heç nə görmürdü. “Yalnız özümə dözməklə məşğulam” – deyirdi hərdən. Bir də vaxtı ilə Ağdam şəhər bir saylı orta məktəbin ibtidai sinfində ona dərs demiş Şükufə müəllimdən tutmuş, universitetədək bütün müəllimlərini həmişə hörmətlə yad edirdi…

P.S. Hərdən mənə zəng edərdi. Hal əhval tutub, “bir gün bir samovar çayı içək” – deyər, söhbətin şirin yerində qəfildən sağollaşıb qapadardı telefonu. Bir dəfə samovar çayı içib söhbətləşəndə “o nə zənglərdi arada edib, sonra tez də xudahafizləşirsən?” – dedim. Gülüb dedi ki, “sənin səsin müalicəvi səsdir. Narahat olanda zəng edib müalicə alıram”.
Axır vaxtlar heç zəng eləmirdi. Sən demə, xəstəliyi sağalmaz imiş….

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Xaricdən məmur almalıyıq

17/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Tava davası

16/05/2022
Çaya xətkeş aparan balıqçı və çaya generatorla gedən balıqçı
Köşə

Bədahatən tənqid/təhqir

16/05/2022
Kennedinin qatili Osvaldın müəllimi –SSRI-ni gömən Şuşkeviç tarixdə necə qalacaq?
Köşə

“DXR” və “LXR”-in presedenti “FDR” – finlər ruslardan niyə qorxurlar…

16/05/2022
“Altı-beş” danışan Ermənistan özünü satsa, borcumuzu ödəyə bilərmi?
Köşə

Rizedə Türk rüzgarı, Şuşa Bəyannaməsi və dünyaya ünvanlı “Biz hər zaman bir yerdəyik” icmarıcı

16/05/2022
İrəvanın “Fransa” meydanında Azərbaycan tankları
Köşə

İrəvanın “Fransa” meydanında Azərbaycan tankları

11/05/2022
SON XƏBƏR
Azərbaycanlı jurnalist vəfat etdi

Azərbaycanlı jurnalist vəfat etdi

Ərdoğan təkbir gətirdi, hər kəs ayağa qalxdı  … (video)

Ərdoğan təkbir gətirdi, hər kəs ayağa qalxdı ... (video)

Qənirə Ataşova Ağ evdə biabır oldu (VİDEO)

Qənirə Ataşova Ağ evdə biabır oldu (VİDEO)

Xəbər lenti

“Avroviziya”da qalib olmağın dadını görmüşük, indi başqa məqsəd güdməliyik – Cavanşir Quliyev

“Avroviziya”da qalib olmağın dadını görmüşük, indi başqa məqsəd güdməliyik – Cavanşir Quliyev

2022/05/17 19:44

Beyləqanda yanğın: xəsarət alan var

Beyləqanda yanğın: xəsarət alan var

2022/05/17 18:30

Rusiyadan Finlandiyaya ZƏRBƏ

Rusiyadan Finlandiyaya ZƏRBƏ

2022/05/17 18:18

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

2022/05/17 18:05

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

2022/05/17 18:01

“Niyə avropaya öz musiqimizi deyil, Avropa musiqini təqdim edirik?”- Gövhər Həsənzadə

“Niyə avropaya öz musiqimizi deyil, Avropa musiqini təqdim edirik?”- Gövhər Həsənzadə

2022/05/17 17:45

Qurban Qurbanov: “Qarabağ”da döyüşçü olmayan şəxs yer ala bilməz”

Qurban Qurbanov: “Qarabağ”da döyüşçü olmayan şəxs yer ala bilməz”

2022/05/17 17:10

Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”

Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”

2022/05/17 16:59

MM sədri: “Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır”

MM sədri: “Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır”

2022/05/17 16:47

Xankəndini boşaltmalı olacağıq – Akopyan

Xankəndini boşaltmalı olacağıq – Akopyan

2022/05/17 16:26

“Niyam mənə sevgili kimi görünməyi təklif edib” – Səidə Sultan

“Niyam mənə sevgili kimi görünməyi təklif edib” – Səidə Sultan

2022/05/17 16:12

Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi – VİDEO

Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi – VİDEO

2022/05/17 15:50

Deputat Nazirliyi tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı…”

Deputat Nazirliyi tənqid etdi: “Deyir dar şalvar geyinmə, “yupka”nı…”

2022/05/17 15:32

“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov

“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov

2022/05/17 14:57

Ukrayna Prezident Ofisi: “Rusiya ilə danışıqlar dayandırılıb”

Ukrayna Prezident Ofisi: “Rusiya ilə danışıqlar dayandırılıb”

2022/05/17 14:45

Təəccüblü araşdırma: İtlər koronovirusu testlərdən daha yaxşı aşkarlayırlar

Təəccüblü araşdırma: İtlər koronovirusu testlərdən daha yaxşı aşkarlayırlar

2022/05/17 13:48

Azərbaycanda vəzifəli şəxsləri təhqir etdilər

Azərbaycanda vəzifəli şəxsləri təhqir etdilər

2022/05/17 13:40

30 ildən sonra Fransada bir ilk

30 ildən sonra Fransada bir ilk

2022/05/17 13:29

Elon Musk: Twitter satışında qiyməti aşağı sala bilərik

Elon Musk: Twitter satışında qiyməti aşağı sala bilərik

2022/05/17 13:13

Mariupolda Ukrayna qüvvələrinin müqaviməti başa çatdı

Mariupolda Ukrayna qüvvələrinin müqaviməti başa çatdı

2022/05/17 12:53

Britaniya kəşfiyyatı: “Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq”

Britaniya kəşfiyyatı: “Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışacaq”

2022/05/17 12:51

“Müharibələr və istilər taxıla ehtiyacı artırıb”

“Müharibələr və istilər taxıla ehtiyacı artırıb”

2022/05/17 12:48

Bahçelidən NATO xəbərdarlığı: Bunun sonu total müharibədir

Bahçelidən NATO xəbərdarlığı: Bunun sonu total müharibədir

2022/05/17 12:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən direktorun iddialarına REAKSİYA

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən direktorun iddialarına REAKSİYA

2022/05/17 12:35

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.

Abunə olun

© Medianews 2012-2022. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə müvafiq keçidin qoyulması və istinad mütləqdir.

No Result
View All Result
  • Medianews.az – Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.