Azərbaycan jurnalistikasının ünlü imzalarından olan İlhamiyyə Rza öz "Facebook" divarında bir status paylaşıb. Həmin statusunda, doğum günündə onu təbrik atəşinə tutan virtual və real dostlarına öz təşəkkürünü bildirib, təbriklərin çoxluğundan onlara cavab verməyə çatdıra bilmədiyindən üzüldüyünü bildirib. Həmin statusu təqdim etməklə yanaşı rəfiqələrilə qeyd etdiyi doğum günü partisindən fotoları təqdim edirik.
İlhamiyyə xanımı "Medianews" və onun oxucuları adından təbrik edir, bütün fəaliyyətində uğurlar diləyirik
Hər doğum günümdə aldığım təbrik və hədiyyələrdən sonra özümü həqiqətən də yenicə doğulmuş kimi hiss etməyə başlayıram) Bəli, mən sözün gücünə inanıram. Xoş sözləriniz və diləklərinizlə məni həqiqətən də xoşbəxt etdiniz. O qədər ki, mutluluğumun tam olması üçün bayram günlərində belə özümə rəva bilmədiyim şey etdim- durub gecə vaxtı bir şəkərbura yedim... Əziz real və virtual dostlarım, mümkün qədər təbriklərə bir bir cavab verməyə çalışdım. Amma görürəm ki, daha gücüm çatmır. Bu, sön dərəcə xoş bir hissdir. Hamınıza minnətdaram... Var olun...və bir də adi günlərdə də beləcə sayğı, sevgi dolu olun... mən də çalışaram elə olum)))