Medianews.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ Ukrayna inqilabında fəallıq göstərən Ruslananı “2014 Beynəlxalq Cəsur Qadınlar mükafatı”na layiq görüb.
Eurovision mahnı yarışmasında birinci olduqdan sonra adını bütün dünyaya eşitdirən Ruslanaya mükafatını Amerikanın birinci xanımı Mişel Obama verib. 2014 Beynəlxalq Cəsur Qadınlar mükafatını alan Ruslana: “Burada ölkəmin səsi olaraq iştirak etmək çox əhəmiyyətlidir. Biz diktatorluğa qarşı döyüşdük, indi bu diktatorluğun üzünü görə bilirik. Bu Putindir “deyərək bildirib. Məşhur müğənni Ukrayna bayrağını yelləməyi yadından çıxarmayıb.