Bazar ertəsi, 30 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov

Vahid Qazi
19/02/2014 13:26
1
BAXIŞ
FacebookTwitterTelegram

Vahid Qazi:nostal-1

İnanmıram hər dürlü zülmə dözən camaatımızın çox böyük əksəriyyətində Andrey Tarkovski kimi rejissorların “darıxdırıcı” filmlərinə baxmağa səbr çata.

Nəinki iki saatlıq filmə sonacan baxarıq, heç beş-on dəqiqəsinə hövsələmiz yetməz. Bu da çayxanada domino çırpmaq, Rafael-Coşğun şousuna qəşş eləmək, şadlıq evlərində qol qaldırmaq deyil ki, ömürdən səxavətlə pay ayırasan.

Yazını sonacan oxumağa hövsələsi çatanı Tarkovskinin “Nostalgiya” filminə baxmağa dəvət edirəm. Yox, demirəm, iki saat beş dəqiqəlik flmin hamısına baxın, buna vaxt yoxdu, başa düşərəm! Son iyirmi dəqiqəsinə baxsanız bəsdi, qəsdimi biləcəksiniz.

Film haqda qısaca bunları yazım ki, düz 30 il əvvəl, 1983-cü ildə İtaliyada çəkilib. Tarkovskini dünyanı heyran qoyan filmlərinə görə dahi hesab edirlər. Bundan danışmıram. Mənə onun öncəgörmə qabiliyyəti maraqlı gəlir.

Filmdə belə yerlər çoxdur, məsələn, tərcüməçi italyan xanım rus yazıçısına Rusiyada (yəni, SSRİ-də) azadlığın olmadığından danışır. Ardınca azadlıqdan xəbərsiz adamların azad olandan sonra üzləşəcəkləri əsas problem haqda belə deyir: “Azadlıqla nə edəcəklərini bilməyəcəklər”. Ruslar da, biz də, başqaları da azadlıqla nə elədik, göz qabağındadı.

İlaxırı baş verən dəhşətli faciə filmdəki başqa öncəgörməni xatırlatdı. Buna öncəçəkmə də demək olar. Tarkovski bu olayı 30 il qabaq çəkibmiş. İnanmayan filmə 102-ci dəqiqəsindən baxsın (burda bax: http://www.youtube.com/watch?v=GEiHGLkm4cg).

Deməli, filmin qəhrəmanlarından biri, hamının dəli deyib gen gəzdiyi, faşist rejiminin stresini yaşamış Domeniko ailəsini qiyamət gününün atəşindən qorumaq üçün yeddi il qaranlıq zirzəmidə saxlayandan sonra təklikdə azad olmanın mümkünsüzlüyünü dərk edir və dünyanı bütünlüklə xilas eləmək haqda düşünür. Görünür dünyanın xilası fərdlərin özünü qurban verməsindən keçir.

Domeniko Romanın atlı heykəllərindən birinə çıxıb özünü yandırmağa hazırlaşır. Bu vaxt filmin başqa qəhrəmanı, yazıçı Andrey ayrı bir yerdə onun vəsiyyətini yerinə yetirməyə çalışır – yanan şamı suyu qurumuş çarhovuzun o başına aparmağa cəhd edir. Domenikonun inamına görə şam yana-yana hövuzu keçərsə dünya xilas olacaq.

Nitqinə qulaq asan xalq sonda üstünə nöyüt tökən Domenikonun çaxmağı çəkməsini gözləyir. Heykəlin dibini kəsdirən biri xüsusi canfəşanlıqla əl havasına onu çaxmağı çəkməyə çağırır, “Hə, tez ol, yandır!” deyirmiş kimi.

Domenikonun nitq söylədiyi vaxt Andrey şamı başacan apara bilmir, hər dəfə yarıyolda sönür. Qəlbi şamın yanmasına yetəcək qədər təmiz deyil!

Nəhayət, insanları ədalətə, birliyə çağırış nitqini bitirən Domeniko özünü yandırır. Yana-yana heykəldən yıxılıb yerə sərilir. Xalq mənzərəni maraqla seyr edir. Yekə bir it qəfil hürküb dikəlir, baxır və hürür. Polislər tökülüşüb gəlir. Bütün bunlar Bethovenin 9-cu simfoniyası sədaları altında baş verir.

Yalnız Domeniko öləndən sonra Andrey yanan şamı lazım olan yerə çatdıra bilir.

nostal-3
Bir dəfə biri “Məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürür” deyə mənə sual yollamışdı. Ona cavab vermişdim ki, Türkiyəyə-filana ağlın getməsin, bizdə bu söz başqa məna verir. Bizdə “qazi” müharibədə qalib gələnə yox, əlil olana deyirlər. Məni başa düşmüşdümü, bilmədim!

Beş uşaqlı Qarabağ qazisi, vətən yolunda əlil olan Zaur Həsənov vətəndəki haqsızlığa, ədalətsizliyə, zülmə tab gətirmədi. Dekabrın 25-də, Allahın oğlu iddia olunan İsa Məsihin mövludu günündə, Allahsızlığa etirazını özünü yandırmaqla nümayiş elədi.

Mən də baxdım o özünüyandırma prosesinə. Amma ölüm xəbərini oxuyanda sarsıldım. Kim necə sarsırdı, bilmirəm, mən başqa cür sarsıldım – bəhs etdiyim filmi xatırladım, Bethovenin simfoniyası sədaları altında özünü yandıran Domenikonun yerinə “Qarabağ şikəstəsi”ylə özünü yandıran Qarabağ qazisini gördüm…

zaur-hesenov

Neçə gündü ölkə saytlarında izlədiyim xəbər və videosüjetlər Tarkovskinin filmindəki qəhrəmanların prototipləriylə doludu. Özünü yandıran da var, küt baxışlı seyrçilər də, əl-ayağa düşən hökumət də, haray salan müxalifət də, hələ desən, hürən it də.

Bircə, “xilas şamını sönmədən suyuqurumuş çarhovuzdan keçirə bilən” yoxdu!

Qaziləri fərarilərinə nökər olan xalqın “xilas şamı” yarıyolda sönər, mənzil başına çatmaz!

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
Köşə

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq…

28/12/2022 10:00
SON XƏBƏR

ABŞ yeni dəhşətli silahı işə salır - VİDEO

“Mənim anadan olandan “Jeep”im olub” - Hacı İbrahim

Elmlər doktoru striptiz göstərir (FOTO)

Xəbər lenti

Sürücülərə XƏBƏRDARLIQ – Bunu etsəniz 150 manat CƏRİMƏ OLUNACAQSINIZ

30/01/2023 11:32

Məzənnə dəyişdi

30/01/2023 11:24

Papanın istefa səbəbi bəlli oldu

30/01/2023 11:18

Ad günü şənliyinə basqın – 8 ölü, 3 yaralı

30/01/2023 11:13

DİN məlumat yaydı: Ölənlər var

30/01/2023 11:10

Emrahın oğlu nişanında “Yaşa Azərbaycan” mahnısına rəqs etdi – FOTO/VİDEO

30/01/2023 11:01

Şəhid Orxan Əsgərovun evində vida mərasimi keçirilir – CANLI

30/01/2023 10:48

Məşhur aktrisa VƏFAT ETDİ – FOTO

30/01/2023 10:37

Ərdoğan: “Makron Fransaya rəhbərlik edə bilməz”

30/01/2023 10:09

70 yaşlı aktrisanın keşməkeşli həyatı: Ruhi xəstə oğlu dediyi vaxtda öldü, nəvəsinin vəfatını qabaqcadan bildi

30/01/2023 09:55

XİN: Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

30/01/2023 09:52

Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazası barədə məlumatları yayıblar

30/01/2023 09:46

“Tək qadınlar yox, arvadsifət kişilər də…” – Mətanət

30/01/2023 09:40

Səhər saatlarında dəhşətli xəbər gəldi: Ölən var

30/01/2023 09:34

Bakıda 120 mindən çox bina söküləcək – Paytaxtın hər ikinci sakininin həyatı dəyişəcək

30/01/2023 09:21

300 gimnastın iştirakı ilə “Victory cup” yarışı keçirildi – FOTO

30/01/2023 09:18

Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”

30/01/2023 09:13

XİN: “Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb”

30/01/2023 09:05

Cavanşir Quliyevə nə olub? – “Həkimlər dedi ki…” – FOTOLAR

30/01/2023 08:56

1075 il həbs cəzası alan Adnan Oktarın YENİ GÖRÜNTÜLƏRİ YAYILDI –

30/01/2023 08:48

Vasif Tağıyevin valideynləri: “Qürur duyuruq” – VİDEO

30/01/2023 08:46

ABŞ dövlət katibi: “İrana qarşı hərbi əməliyyatlar istisna deyil”

30/01/2023 08:43

İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombalayıb – VİDEO

30/01/2023 08:41

Əfqanıstanda soyuqdan ölənlərin sayı 170-ə çatıb

30/01/2023 06:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.