Medianews.az
20 kilo arıqlayan Bergüzar Korel görünüşü ilə diqqət çəkdi -
101 baxış

20 kilo arıqlayan Bergüzar Korel görünüşü ilə diqqət çəkdi - FOTOLAR

Türkiyəli məşhur aktrisa Bergüzar Korel uşaq dünyaya gətirdikdən sonra 20 kilo arıqlaması ilə yenidən gündəmə gəlib. Formada qalmağı ilə diqqət çəkən aktrisa sosial media paylaşımı ilə izləyicilərinin marağına səbəb olub.

Medianews.az xəbər verir ki, 2009-cu ildə aktyor Halit Ergenç ilə ailə quran Korel, üç uşaq anası olduqdan sonra keçdiyi arıqlama prosesi ilə tez-tez müzakirə olunur.

 

Aktrisa daha əvvəl arıqlama iynələrindən istifadə etdiyi barədə yayılan iddiaları qətiyyətlə təkzib edib və əldə etdiyi nəticəni ciddi pəhriz və idman proqramı ilə izah edib.

Sosial şəbəkədə aktiv olan Bergüzar Korel son paylaşımında mavi bikini ilə çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb. Yeni görünüşü və fit bədən quruluşu qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.

Məşhur aktrisanın paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər onun həm yeni görünüşünü, həm də səmimi və yumor dolu paylaşımını tərifləyiblər.

Medianews.az






Bizə qoşulun