Medianews.az
Yumurta qabığı istifadəsi trendə çevrildi:
105 baxış

Yumurta qabığı istifadəsi trendə çevrildi: mütəxəssislər xəbərdarlıq edir

Son vaxtlar sosial şəbəkələrdə yumurta qabığının qida kimi istifadəsi trendə çevrilib.

Medianews.az xəbər verir ki, bəzi istifadəçilər onun faydalı olduğunu iddia etsə də, mütəxəssislər bu vərdişin riskli olduğunu bildirirlər.

Məlumata görə, yumurta qabığı tərkibinin təxminən 95 faizi kalsiumdur. Bu maddə sümüklərin möhkəmlənməsi, diş sağlamlığı, sinir fəaliyyəti və qanın laxtalanması üçün vacibdir. Həmçinin qabıqda az miqdarda digər minerallar da mövcuddur, lakin onların səviyyəsi gündəlik tələbatı ödəmək üçün kifayət etmir.

Bundan əlavə, qabığın altındakı nazik qatda sümük və oynaq sağlamlığı üçün əhəmiyyətli sayılan kollagen və hialuron turşusu kimi maddələr mövcuddur.

Buna baxmayaraq, mütəxəssislər yumurta qabığının birbaşa istehlakını tövsiyə etmirlər. Bildirilir ki, qabığın sərt və iti strukturu ağız və qida borusunda zədələr yarada bilər. Eyni zamanda, onun səthində salmonella kimi zərərli mikroorqanizmlərin olması qida zəhərlənməsi riski yaradır.

Medianews.az

Bizə qoşulun