Medianews.az
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara hazırlaşır
132 baxış

Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara hazırlaşır

Yaxın gələcəkdə Bakı ilə Qahirə arasında müntəzəm birbaşa aviareyslərin açılması mümkündür.

Medianews.az bildirir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Əffat Mustafa Reda Misir Ərəb Respublikasının Milli Gününün 74-cü ildönümü münasibətilə keçirilən qəbulda bildirib.

Diplomat qeyd edib ki, Qahirə ilə Bakı arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı ümumi istəklərin tezliklə reallaşacağına inanır. Onun sözlərinə görə, bu addım iki ölkə arasında turizm, ticarət, mədəniyyət və işgüzar əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Bizə qoşulun