Medianews.az
Dünya hərb tarixi görünməmiş bir mühasirəyə şahidlik edir
91 baxış

Dünya hərb tarixi görünməmiş bir mühasirəyə şahidlik edir

Müharibənin taleyi dəyişir: Krım "adaya" çevrilir, Azov dənizində Rusiya donanması batırılır və Rusiyada yanacaq kollapsı!

Dünya hərb tarixi son 24 saatda görünməmiş bir logistik mühasirəyə şahidlik edir. Nüfuzlu “The Telegraph” nəşrinin hərbi analitiklərinin rəsmi hesabatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Krımı hava, quru və dəniz yollarından tamamilə qopararaq xarici dünyadan təcrid edib. İşğal altındakı yarımadanı Rusiyaya bağlayan quru dəhlizləri və dəmir yolu qovşaqlarının vurulmasının ardından, indi Krım sözün əsl mənasında nəhəng, çarəsiz bir adaya çevrilir.

Yarımadada elektrik enerjisinin tamamilə kəsilməsi, su qıtlığı və yanacaqdoldurma məntəqələrində benzinin tükənməsi ilə işğalçılar üçün əsl logistik cəhənnəm başlayıb. Amma ən dəhşətli zərbə dənizdən gəldi. Ukraynanın yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələrinin (UAS) komandanı Robert "Madyar" Brovdinin açıqlamaları beynəlxalq mətbuatın manşetindədir: Azov dənizində görünməmiş "kölgə donanması" qırğını!

Son 5 gün ərzində Ukraynanın zərbə dronları Azov dənizində və Kerç boğazında Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft daşıdığı "kölgə donanması"na aid 90-a yaxın gəmisini, o cümlədən 75-dən çox yanacaq tankerini və bərələrini bir-bir ovlayaraq darmadağın edib!

Rusiya daxilindəki limanlarda və Azov sularında yanan tankerlərin peyk görüntüləri yayılıb. Rusiya tərəfi Azov dənizində və Don-Azov kanalında bütün gəmi hərəkətlərini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Bu, Rusiya iqtisadiyyatının dəniz ixracatının rəsmən kilidlənməsidir.

Bu zərbələrin nəticəsi: Rusiya daxilində tam benzin kollapsı! Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatlarına görə, Ukrayna zərbələri nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 40%-dən çoxu (bəzi mənbələrdə 42.74%) tamamilə sıradan çıxarılıb.

Rusiya Federasiyasının rəsmi olaraq 83 regionundan 78-də dərin yanacaq böhranı elan edilib. Şəhərlərdə kilometrlərlə uzanan benzin növbələri, yanacaq rasionu və kənd təsərrüfatı texnikalarının tam dayanması ölkəni daxildən sarsıdır. Ukrayna heç bir raketdən istifadə etmədən, yalnız PUA-ların gücü ilə imperiyanın logistika damarlarını kəsir.

Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

İbrahim Nəbioğlu

Bizə qoşulun