ABŞ terrorizmlə mübarizə çərçivəsində Rusiya və İranın bir sıra vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytındakı sənəddə bildirilib.
Qurumun məlumatına görə, məhdudiyyətlər Rusiya vətəndaşları Vadim Drujbin və Mariya Selinaya, eləcə də İtaliya vətəndaşı Duniya Ettayba və İran vətəndaşı Bahruz Namaziyə şamil edilib. Bundan əlavə, sanksiyalar Rusiyada fəaliyyət göstərən "Avratek" şirkətinə, həmçinin İran və Nigeriyada fəaliyyət göstərən NIKA JET COMPANY və VANGUARD TACTICAL SUPPLY LIMITED şirkətlərinə qarşı tətbiq edilib.//report