Medianews.az
Yeni nazir və Dövlət Komitəsi sədrinin bioqrafiyaları -
199 baxış

Yeni nazir və Dövlət Komitəsi sədrinin bioqrafiyaları - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Statistika Komitəsinin saytlarında yeni rəhbərlərin bioqrafiyaları yerləşdirilib.

Medianews.az həmin ömürlükləri təqdim edir.

Rəşad İsmayılov

27 avqust 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi postlarını tutub.

2010-2012-ci illərdə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin hüquqşünası, baş məsləhətçisi, sektor müdiri, 2016-2018-ci illərdə Mənzil İnşaat Agentliyinin hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Aparat rəhbəri, 2024-2026-cı illərdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini olub.

10 fevral 2026-cı ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.

Azər Mursaqulov

1981-ci ildə Bakıda doğulub. 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin biznesin idarə edilməsi fakültəsini bitirib, 2008-ci ildə ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi olub.

2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında icraçı direktorun müşaviri postunu tutub.

2012-2019-cu illərdə Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.

2019-cu ildən 10 fevral 2026-cı ilədək Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.

10 fevral 2026-cı ildə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı laureatıdır.

Medianews.az

Bizə qoşulun