Medianews.az
Yenə bahalaşdı -
122 baxış

Yenə bahalaşdı - Həm manata, həm də dollara nisbətdə

Rusiya rublu dollara və manata nisbətdə bahalaşmaqda davam edir.

Medianews.az xəbər verir ki, yanvarın 5-də Azərbaycanda 100 Rusiya rublunun rəsmi məzənnəsi 2.1157 manat olub.

Yanvarın 22-də kurs 2.2139 manata qalxıb.

Aprelin 14-də Azərbaycanın Mərkəzi Bankı 100 Rusiya rublunun rəsmi məzənnəsini 2.2320 manat, aprelin 30-da 2.2701 manat, mayın 5-də 2.2836 manat, mayın 12-də 2.3056 manat həddində müəyyənləşdirib.

Mayın 19-da kurs 2,3386 manata, mayın 20-də 2.3884 manata yüksəlib.

20 may kursu 2026-cı ildə Azərbaycanda rublun məzənnəsi baxımından ən yüksək göstəricidir.

Rusiya rublu hazırda dollara nisbətdə də ən yüksək səviyyəyə qalxıb.

2026-cı ilin may ayının 12-də Rusiya Mərkəzi Bankı 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq 1 dolların rəsmi məzənnəsini 74 rubldan aşağı müəyyən edib.

Mayın 19-da məzənnə bir qədər də enərək 72,35 rubl olub.

Mayın 20-də Rusiya Mərkəzi Bankı 1 dolların rəsmi məzənnəsini 71,2926 rubl həddində müəyyənləşdirib.

Son bir ildə Rusiya valyutası dollar qarşısında təxminən 10 faiz möhkəmlənib.

Ümumiyyətlə 2023-cü ilin əvvəlindən bəri Rusiyada 1 dolların rəsmi məzənnəsi heç vaxt bu qədər aşağı, yəni 71,2926 rubl olmayıb.

Medianews.az

Bizə qoşulun