Medianews.az
 Karyerası barədə dedikləri
97 baxış

Karyerası barədə dedikləri GÜNDƏM OLDU: "O qədər uzun çəkməyəcək"

"Barselona"nın və İspaniya millisinin 18 yaşlı ulduzu Lamin Yamal, karyerası ərzində 6 fərqli Dünya Çempionatında iştirak edə biləcəyinə inanmadığını etiraf edib.

Medianews.az xəbər verir ki, gənc futbolçu, əfsanəvi oyunçular Lionel Messi və Kriştiano Ronaldonun rekordunu təkrarlamağın çətin olduğunu bildirib: “Özümü 6 mundialda təsəvvür edə bilmirəm. Ronaldo və Messi bunu bacarıblar? Şəxsən mən öz karyeramın o qədər uzun çəkəcəyini düşünmürəm”.

Qeyd edək ki, hazırda davam edən DÇ-2026 Yamalın karyerasında ilk dünya çempionatıdır. Digər tərəfdən, 39 yaşlı Lionel Messi və 41 yaşlı Kriştiano Ronaldo hazırda öz karyeralarında rekord sayda - 6-cı dəfə dünya çempionatında çıxış edirlər.

Medianews.az

Bizə qoşulun