Medianews.az
Venesuelada zəlzələdə ölənlərin sayı
93 baxış

Venesuelada zəlzələdə ölənlərin sayı ARTDI

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3 811 nəfərə çatıb.

Medianews.az xəbər verir ki,  xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının sədri Xorxe Rodriges "Venezolana de Televisión" telekanalının efirində deyib.

O qeyd edib ki, yeraltı təkanlar zamanı 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. Təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikiliyə isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 27 398 pasiyent xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkmiş 86 794 ailəyə lazımi köməklik göstərilib, onlara 9 603 ton ərzaq məhsulu paylanılıb.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Fəlakətdən sonrakı günlər ərzində 1 mindən çox afterşok müşahidə edilib.//Oxu.Az

Bizə qoşulun