Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.
Medianews.az xəbər verir ki, bu barədə respublikanın Milli Assambleyasının sədri Xorxe Rodriqes öz "Telegram" kanalında məlumat verib.
Onun tərəfindən yayımlanan gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.
Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək mümkün olub. 47 942 zərərçəkmiş tibbi yardım alıb, 128 324 ailəyə yardım göstərilib. Müvəqqəti düşərgələrdə 23 811 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanlardan sonra 1 500-ə yaxın afterşok qeydə alınıb.//Operativ Media