Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28, cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti olacaq.