Medianews.az
Gürcüstanda yenə
120 baxış

Gürcüstanda yenə işıqlar söndü

Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.

Medianews.az xəbər verir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb. 

TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb. 

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.//Qafqazinfo

Bizə qoşulun