İyulun 6-sı günorta saatlarında Ukrayna Rusiyanın Omsk neftayırma zavoduna dronlarla zərbə endirib.
Politoloq Şahin Cəfərli Medianews.az-a deyib ki, Rusiyanın “Qazpromneft” şirkətinə məxsus Omsk neftayırma zavodu Rusiyanın bu sahədə ən böyük müəssisəsidir, burada ildə 22 milyon tondan çox neft emal olunur: “Uzaqda – azı 2500 kilometr məsafədə yerləşdiyi üçün bu strateji obyektə Ukraynanın əli çatmırdı. FP-1 dronlarının uçuş məsafəsi artırıldıqdan sonra, nəhayət, bu gün zavodu vurmaq mümkün olub.
İndiyədək Ukrayna Rusiyanın neft emalı gücünün 43 faizini sıradan çıxarmışdı. Omsk neftayırma zavodunun vurulması Rusiya daxili bazarında yanacaq böhranını daha da dərinləşdirəcək”.