Medianews.az
MTK sədrinin evinə
139 baxış

MTK sədrinin evinə hücum etdilər

Moskvadakı "Dom v sosnovoy roşşe" yaşayış kompleksinin sakinləri doqquz il MTK sədri olmuş 50 yaşlı Yekaterina (soyadı dəqiqləşdirilir) evdən çıxarmaq məqsədilə ona qarşı fiziki və psixoloji təzyiq kampaniyası həyata keçiriblər.

Medianews.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, münaqişə həmin vəzifəni başqa bir şəxsin tutmaq istəməsi ilə başlayıb və bundan sonra qadına qarşı sistemli təqiblər tətbiq olunub. Yekaterinaya liftlərdən istifadə etmək qadağan edilib, mənzilinin qapısına ayaqla vurulur və o, mütəmadi təhqirlərə məruz qalır.

Son üç il ərzində qadın İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin yoxlamaları da daxil olmaqla müxtəlif yoxlamalarla üz-üzə qalıb.

Yekaterinanın sözlərinə görə, heç bir pozuntu aşkar olunmasa da, sənədlər saxtalaşdırılaraq o, vəzifəsindən kənarlaşdırılıb və indi müxtəlif yollarla evdən qovulmağa çalışılır.

Zirzəmidəki anbarının kilidinin dəyişdirildiyini bildirən qadın, idarəçi tərəfindən təhqir edildiyini, telefonunun əlindən alındığını və şəriki tərəfindən əllərinin burulduğunu qeyd edib. Zərərçəkən polisə müraciət etsə də, hələ də nəticə yoxdur və telefonu özünə qaytarılmayıb.

Yeni MTK sədri Anna İvanovna isə açıqlamasında həmin soyadı eşitdiyini desə də, baş verənləri şərh etməkdən imtina edib.//musavat.com



Bizə qoşulun