ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara arasında Ağ Evdə keçirilən tarixi zirvə görüşü iki ölkə münasibətlərində yeni bir səhifə açıb.
Medianews.az xəbər verir ki, görüşün sonunda yaşanan yumoristik dialoq beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib.
Rəsmi hissə başa çatdıqdan sonra tərəflər arasında hədiyyə mübadiləsi olub. ABŞ Prezidenti Tramp Suriya liderinə xüsusi hazırlanmış ətir şüşəsi hədiyyə edərək gülümsəyib və zarafatla soruşub:
“İkincisi həyat yoldaşınız üçündür. Neçə arvadınız var?”
Suriya Prezidenti Şara bu sual qarşısında təbəssümlə cavab verib: “Əlbəttə ki, bir”.
Medianews.az