Medianews.az
Trampdan bazarları silkələyən açıqlama:
93 baxış

Trampdan bazarları silkələyən açıqlama: “2-3 həftəyə müharibədən çıxacağıq”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında ölkədə “rejim dəyişikliyi”nin baş verdiyini iddia edib və ABŞ-nin 2–3 həftə ərzində hərbi əməliyyatlardan çıxacağını bildirib.

Medianews.az-ın məlumatına görə, bu açıqlamadan dərhal sonra neft qiymətləri qısa müddətdə 3 faiz ucuzlaşıb.

Ağ Evdə keçirilən imza mərasimindən sonra danışan Tramp İran rəhbərliyinin artıq dəyişdiyini deyərək, yeni qüvvələrin daha “məqbul və az radikal” olduğunu vurğulayıb. Onun sözləri beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

Tramp həmçinin ABŞ-nin bölgədə uzunmüddətli hərbi məqsədlərinin olmadığını bildirib: “Düşünürəm ki, iki-üç həftə ərzində oradan çəkiləcəyik”.

Hörmüz boğazı ilə bağlı danışan Tramp qeyd edib ki, ABŞ enerji daşımalarına birbaşa müdaxilə etməyəcək və digər ölkələr bu məsələni özləri həll etməlidir.

ABŞ prezidentinin sözlərinə görə, əsas məqsəd – İranın nüvə silahı əldə etməsinin qarşısını almaq – artıq yerinə yetirilib.

Açıqlamalar maliyyə bazarlarına dərhal təsir göstərərək neft qiymətlərində kəskin enişə səbəb olub.

Medianews.az

Bizə qoşulun