İranın Ali rəhbəri Müctəba Xamenei “Hizbullah”ın baş katibi Şeyx Naim Qasimə məktub göndərərək İslam Respublikasının "Amerika-sionist düşmən qarşısında" müqavimətə davamlı dəstəyinə söz verib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, “Hizbullah” Müctəba Xameneinin Şeyx Qasimə məktubundan sitat gətirib:
“İslam Respublikasının siyasəti sionist rejimə və Amerikaya qarşı müqaviməti davamlı olaraq dəstəkləmək olacaq".
İranın Ali Lideri mesajında qeyd edib ki, bu siyasət İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei və “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahın yolunun davamıdır.