Medianews.az
Şahzadə hərbi xidmətə çağırılıb
88 baxış

Şahzadə hərbi xidmətə çağırılıb

Danimarkada qadınlar üçün hərbi xidmətin məcburi olması kral ailəsinə də şamil olunub. Ölkənin şahzadəsi İsabella 11 ay müddətində hərbi xidmət keçəcək.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, 18 yaşlı şahzadə yeni müdafiə qanunları çərçivəsində hərbi xidmətdən azad edilməyib və orduya qoşulmaq qərarı verib.

O, 2026-cı ilin avqust ayında Slaqelsedə yerləşən mühafizə süvari alayında xidmətə başlayacaq. Şahzadə bu müddət ərzində digər hərbçilərlə eyni şərtlər altında həm ilkin hərbi hazırlıq keçəcək, həm də müxtəlif tapşırıqlarda iştirak edəcək.

Bu addım Danimarkada gender bərabərliyi baxımından mühüm simvol kimi qiymətləndirilir.

Bizə qoşulun