Medianews.az
İranın İsrailə növbəti raket zərbəsi: Müdafiə sistemləri işə salındı -
108 baxış

İranın İsrailə növbəti raket zərbəsi: Müdafiə sistemləri işə salındı - VİDEO

İran ordusu İsrail ərazisinə doğru növbəti raket hücumu həyata keçirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"Bu saatlarda İrandan İsrailə doğru atılan raketlər aşkar edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", - deyə SAXAL-dan bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb./oxu.az

Bizə qoşulun