Qastroenteroloq və diyetoloq Elvira Beleva bildirib ki, yemək zamanı televizora baxmaq sağlamlıq üçün təhlükəlidir.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, insan diqqətini ekrana yönəltdikdə qida tam həzm olunmur və mədədə qalır. Bu isə ürəkbulanma, köp, yanğı və ağızda acılıq kimi problemlərə səbəb ola bilər.
Beleva əlavə edib ki, xüsusilə qorxu və gərgin süjetli filmlər zamanı qanda adrenalin və kortizol artır, bu da həzmi daha da çətinləşdirir. O, yemək zamanı telefon və digər cihazlardan istifadə etməməyi, yeməyə ən azı 15 dəqiqə ayırmağı və qidanı yaxşıca çeynəməyi tövsiyə edib.
Medianews.az