Medianews.az
Stress yuxusuzluğa səbəbdir -
80 baxış

Stress yuxusuzluğa səbəbdir - Mütəxəssis danışdı

İspaniyalı professor Alfredo Rodriges Munyos müasir dövrdə insanların yuxu keyfiyyətinin ciddi şəkildə pisləşdiyini bildirib.

Medianews.az xəbər verir ki, Munyosun sözlərinə görə, stress insanın normal yuxusuna ən çox mane olan amildir.

“Stress orqanizmi daim yüksək hazırlıq vəziyyətində saxlayır, kortizol səviyyəsini artırır, düşüncə prosesini sürətləndirir və rahatlamağı çətinləşdirir”, – deyə professor vurğulayıb.

Mütəxəssis əlavə edib ki, stress yuxunu pozur, zəif yuxu isə orqanizmi stressə daha həssas edir.

Professorun fikrincə, sağlam yuxu üçün hazırlıq bütün gün ərzində aparılmalıdır. “Çoxları düşünür ki, sadəcə uzanıb yatmaq olar. Amma orqanizm gün ərzində düzgün siqnallar almalıdır. Əgər biz yatağa gərgin və narahat fikirlərlə giririksə, yuxuya getmək çətin olacaq”, – deyə Munyos bildirib.

Bu açıqlama müasir həyat tərzində stressin yuxu keyfiyyətinə təsirini bir daha gündəmə gətirib.

Medianews.az

Bizə qoşulun