İspaniyalı kardioloq Aurelio Roxas bəzi məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib.
Medianews.az xəbər verir ki, həkim, şəkər və rafinə olunmuş buğda ununu (ağ un) əsas riskli qida kimi göstərib.
Roxasın sözlərinə görə, bu məhsullar qanda insulinin səviyyəsini kəskin şəkildə artırır. Yüksək insulin isə süd vəzi, yoğun bağırsaq, mədə, mədəaltı vəzi, endometriya və prostat xərçəngi hüceyrələrinin böyüməsini stimullaşdırır. Roxas həmçinin infarkt, insult və digər ürək-damar xəstəliklərinin də bu qidaların istifadəsi ilə əlaqəli olduğunu vurğulayıb.
Mütəxəssis xəbərdarlıq edir ki, şəkər və ağ undan imtina etmək sağlamlığın qorunması üçün vacib addımdır.
Medianews.az