Medianews.az “AzəriLayt” markalı Azərbaycan neftinin aylar üzrə start qiymətlərinə nəzər salıb.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.
ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında Yaxın Şərq ölkələrində neft istehsalına və daşımalara böyük əngəllər yaranıb, bu da kəskin bahalaşmaya gətirib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2010-cu ildə 50,8 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2008-ci ildə 44,5 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ildə 27,7 milyon ton, 2026-cı ilin yanvar-fevral aylarında 4,3 milyon ton göstərilib.
Toğrul Əli,
Medianews.az