Medianews.az
Ankarada dəhşətli qəza: 5 nəfər öldü –
49 baxış

Ankarada dəhşətli qəza: 5 nəfər öldü – avtomobil külə döndü

Ankarada Şimal Dairəvi Yolunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində beş nəfər həlak olub.

Medianews.az xəbər verir ki, hadisə səhər saat 05:00 radələrində Şimal Dairəvi Yolunun Çubuk-1 Bənd Körpüsündə baş verib.

İlkin məlumata görə, nəqliyyat vasitələrindən biri yan zolağa çıxaraq qarşıdan gələn avtomobillə toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yanaraq tamamilə külə dönüb.

Hadisə yerinə çoxsaylı polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Aparılan ilkin baxış zamanı avtomobilin içərisində bir nəfərin, avtomobilin yanında isə yerdə uzanan bir nəfərin öldüyü müəyyən edilib. Tamamilə yanmış nəqliyyat vasitəsinin içərisində iki nəfərin, çöldə isə bir nəfərin meyiti aşkar edilib.

Qəzadan sonra baş verən güclü yanğın nəticəsində nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma başlanılıb.

Medianews.az

Bizə qoşulun