Çində qeyri-adi hadisə baş verib. Bir kişi sosial şəbəkələrdəki populyar bir çelencini sınamaq istəyərkən çətin vəziyyətə düşüb.
Medianews.az xəbər verir ki, hadisə Quançjou şəhərində baş verib.
Kişi əvvəlcə özünü qalın yorğana büküb, sonra balıqçı toruna dolaşıb. Daha sonra özünü kabel bağları ilə çarpayıya möhkəmləndirib. Təcrübəni bitirmək istədikdə isə bağları aça bilməyib və kömək üçün səslənməyə başlayıb.
Onun səsini təsadüfən oradan keçən kuryer eşidib və polisə xəbər verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qapını açaraq çarpayıya bağlanmış vəziyyətdə qalan kişini azad ediblər.
Bu hadisə sosial şəbəkələrdə təhlükəli çelenclərin yaratdığı risklərə diqqəti bir daha cəlb edib.
Medianews.az
