Medianews.az
ABŞ-də şiddətli soyuqlarda
54 baxış

ABŞ-də şiddətli soyuqlarda ölənlərin sayı ARTDI

ABŞ-də qar fırtınası və şiddətli soyuqlardan ölənlərin sayı 85 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Texasdan Nyu-Cersiyə qədər həddindən artıq soyuq hava şəraitinin olduğu ərazilərdə ən azı 85 nəfər ölüb. Ölümlərin təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında baş verib", - deyə xəbərdə bildirilib.

Bundan əlavə, ölkədə elektrik enerjisi təchizatında problemlərin yarandığı da vurğulanıb.

Bizə qoşulun