Ağ Ev lideri Donald Tramp, Avropanın Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edəcəyi təqdirdə, ABŞ-yə ixrac etdiyi məhsullara yeni, yüksək tariflərlə hədələyib.
Bu barədə Tramp "Truth Social"da yazıb.
"Bir çox Avropa ölkəsi Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisinin tətbiqinin yaxınlaşdığını müzakirə edir. Bu ölkələrin bəziləri bunu faktiki olaraq tətbiq etməyə yaxındır. Qoy bu açıqlama belə bir vergi tətbiq edən hər hansı bir ölkənin dərhal ABŞ-a göndərilən bütün mallarına 100% tarif tətbiq edəcəyi barədə xəbərdarlıq olsun. Bu rüsumlar, həmin ölkələrlə bağlanan ticarət müqavilələrini, həmin müqavilələrin artıq qüvvəyə minib-minməməsindən və ya imzalanmasından asılı olmayaraq əvəz edəcək. Bundan əlavə, əgər onlar yuxarıda qeyd olunan vergini Amerika şirkətlərindən yığmağa başlasalar, dərhal 100% rüsum tətbiq ediləcək", - deyə o əlavə edib./Report