Evdə təmizlik üçün istifadə olunan kimyəvi maddələr ölümə səbəb ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə pulmonoloq Prof. Dr. Tevfik Özlü xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, bu cür qarışımlar xüsusilə dar və havasız məkanlarda nəfəs yollarını kəskin şəkildə zədələyir.
Onun sözlərinə görə, yuyucu vasitələrdən çıxan xlor və digər qazlar “Reaktiv Hava Yolu Disfonksiyası”na səbəb ola bilər. Bu vəziyyət bəzən ani ölümlə nəticələnir. Uzunmüddətli hallarda isə xroniki astmaya çevrilə bilir.
Özlü qeyd edib ki, evdə müxtəlif təmizləyici kimyəvi maddələrin bilmədən qarışdırılması ciddi zəhərlənmə riski yaradır: “Ən təhlükəsiz üsul sabun, ərəb sabunu və təbii təmizləyicilərdən istifadə etməkdir. Xüsusən də ağardıcı məhsulların qarışıq istifadəsindən qəti şəkildə çəkinmək lazımdır.”
Mütəxəssis vətəndaşları təmizlik zamanı havalandırmaya diqqət etməyə və kimyəvi maddələri qarışdırmadan istifadə etməyə çağırıb.
Medianews.az