Medianews.az
Sevgililərinin tabutu üstündə
102 baxış

Sevgililərinin tabutu üstündə dalaşan qadınlar - VİDEO

Meksikanın Veracruz şəhərində baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Dəfn mərasimi zamanı iki qadının tabut başında dava etməsi sensasiyaya çevrilib.

Medianews.az Lent.az-a istinadla xəbər verir ki, qalmaqal mərasim zamanı qəfil başlayıb.

Qadınlardan biri tabutun yanında dayanaraq sakit səslə “Sevgilim, sənin üçün çox darıxacağam” dedikdə, digər qadın bunu eşidib. Məhz bu an emosiyalar nəzarətdən çıxıb və tərəflər arasında mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadınların tabutun yanında bir-biri ilə dalaşdığı açıq şəkildə görünür. Onlar hətta dava zamanı bir buket zanbaq üstündə mübarizə aparırlar.

Hadisə şahidləri onları ayırmağa çalışsa da, qadınlar ətrafdakıları nəzərə almadan mübahisəni davam etdiriblər. Dava o həddə çatıb ki, az qala tabutun qapağı yerindən tərpənib.

Bizə qoşulun