Medianews.az
Səhər şampanı dəbi təhlükə yaradır -
125 baxış

Səhər şampanı dəbi təhlükə yaradır - Həkimdən xəbərdarlıq

Sosial şəbəkələrdə səhər yeməyində bir qədəh şampan içmək son illər "ideal həyat tərzi"nin simvollarından birinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş zamanla alkoqol asılılığının başlanğıcına çevrilə bilər.

Bu barədə "Qazeta.ru"ya həkimi, psixiatr-narkoloq Marina Alekseyeva danışıb.

Onun sözlərinə görə, istirahət zamanı bir dəfə səhər şampan içmək asılılıq demək deyil. Həkimi narahat edən əsas məqam isə alkoqolun günə yaxşı başlamağın ayrılmaz hissəsinə çevrilməsidir.

Mütəxəssis bildirib ki, sosial şəbəkələr alkoqolu sadəcə göstərmir, onu adi və normal davranış kimi təqdim edir. İnsan hər gün estetik görüntülərdə alkoqol gördükcə, beyin bunu həyatın təbii hissəsi kimi qəbul etməyə başlayır.

Alekseyevanın fikrincə, əsas məsələ içkinin miqdarı deyil, onu içməyin səbəbidir: "Özünüzdən soruşun: Mən niyə indi içmək istəyirəm? Cavab "bayramdır"dırsa, bu başqa məsələdir. Amma məqsəd rahatlamaq, narahatlığı azaltmaq və ya səhəri daha xoş etməkdirsə, artıq bu, xəbərdarlıq siqnalıdır".

Həkim vurğulayıb ki, alkoqol emosional dəstəyə çevrildikdə yeni davranış modeli formalaşır. Beyin isə xoş hisslər yaradan sadə üsulları tez yadda saxlayır və zaman keçdikcə özünü yaxşı hiss etmək üçün avtomatik olaraq alkoqolu "təklif edir".

Onun sözlərinə görə, alkoqol asılılığı adətən ağır içki məclisləri ilə başlamır. Əvvəlcə içki yalnız məzuniyyətdə, sonra həftəsonları, daha sonra isə adi səhər yeməklərinin ayrılmaz hissəsinə çevrilə bilər.

Marina Alekseyeva ən təhlükəli düşüncənin "Bibcə qədəh içəcəm" fikrinin olduğunu deyib. Məhz bu yanaşma insanın alkoqolun həyatında getdikcə daha çox yer tutduğunu hiss etməsinə mane olur.

Mütəxəssis özünü yoxlamağın sadə yolunu da açıqlayıb: eyni vəziyyəti alkoqolsuz təsəvvür edin. Əgər bundan zövq almağa davam edirsinizsə, narahatlığa əsas yoxdur. Əks halda, əhvalınızın alkoqoldan asılı olub-olmadığını ciddi şəkildə qiymətləndirməyin vaxtı çatıb./publika.az

Bizə qoşulun