Vinisius Junior gələcəyi ilə bağlı şübhələr olduğu üçün bu həftə “Real Madrid”də məşqlərə qayıtmayacaq.
Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, “Real Madrid” bu həftə Vinisius Juniorun nümayəndələri ilə onun gələcəyi ilə bağlı danışıqlar aparacaq .
Bu danışıqlar yeni uzunmüddətli müqavilə üzrə razılığa gəlməyə yönələcək.
Bu yay sol cinahını gücləndirmək istəyən “Arsenal” Vinisiusla maraqlanır və vəziyyəti yaxından izləyir.
Baş məşqçi Joze Mourinyo braziliyalı oyunçunu saxlamaq istəyir və klub onun yeni müqavilə imzalamasını istəyir.
Lakin onun müqaviləsinin son ili qalıb və yeni müqavilə ilə bağlı razılıq əldə olunmazsa, “Real” gələn yay onu pulsuz itirmək əvəzinə satmağa hazır ola bilər./publika.az